Yeni müharibə başladı, dayandıracağam - Tramp

ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada keçirilən ictimai tədbirdə çıxışı zamanı Tailand və Kamboca arasında yenidən alovlanan gərginliyi dayandıracağını bəyan edib.

Olaylar.az xəbər verir ki, bu barədə Tramp Ağ Evin Yutub kanalında yayımlanan çıxışında bildirib.

"10 ay ərzində Kosova-Serbiya, Pakistan-Hindistan, İsrail-İran, Misir-Efiopiya, Ermənistan-Azərbaycan da daxil olmaqla, səkkiz münaqişəni dayandırdım. Tailand və Kamboca arasında başlayan hazırkı gərginliklə bağlı sabah telefon danışığı aparacağam" , - o bildirib.

Qeyd edək ki, Prezident Donald Trampın iştirakı ilə Kamboca və Tailand baş nazirləri 26 oktyabrda sülh imzalamışdılar. Amma bir neçə gün öncə tərəflər arasında yenidən toqquşma başlayıb. (Axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31