Qondarma spiker sayıqladı: ATƏT-in Minsk Qrupunun ləğvi beynəlxalq hüququn pozulmasıdır – ÖZƏL
12:19 DünyaQondarma "Dağlıq Qarabağ Parlamenti"nin spikeri Aşot Danielyan hesab edir ki, ATƏT-in Minsk Qrupu beynəlxalq hüquq pozularaq ləğv edilib.
Siyasətçi Ermənistan və Azərbaycan hakimiyyətlərinin hərəkətlərini tənqid edib.
Olaylar.az xəbər verir ki, Danielyan İrəvanda keçirilən "Artsaxa qayıdış: çağırışlar və problemlər" dinləmələrində bildirib ki, iki ölkə hakimiyyətlərinin vasitəçilik formatının ləğvi ilə bağlı birgə müraciəti "Dağlıq Qarabağ"əhalisinə qarşı törədilmiş soyqırımı və etnik təmizləmələri əsaslandırır.
Spikerin fikrincə, ATƏT-in Minsk Qrupunun ləğvi Bakının məsələni qapatmaq yönündə illərdir göstərdiyi səylərə tamamilə uyğundur, İrəvanın davranışı isə bu niyyətlərə "yaşıl işıq" yandırıb.
Danielyan bir daha xatırladıb ki, Ermənistan hakimiyyətinin onu unutdurmağa çalışmasına baxmayaraq, Dağlıq Qarabağ mövcud olmağa davam edir. O, qarabağlı ermənilərin öz doğma evlərinə qayıtmasının alternativi olmadığını vurğulayıb.
Siyasətçinin sözlərinə görə, münaqişə bitməyib və hazırkı vəziyyət hərbi təcavüz və BMT Nizamnaməsinin pozulması nəticəsində yaranıb.