Avropa: Tramp Ukrayna münaqişəsinin məsuliyyətini Kiyev və Avropanın üzərinə ata bilər – ÖZƏL
11:02 DünyaOlaylar.az xəbər verir ki, CNN telekanalının məlumatına görə, Avropa ABŞ Prezidenti Donald Trampın davam edən Ukrayna münaqişəsinin məsuliyyətini onların və Kiyevin üzərinə qoyacağından ehtiyat edirlər.
Avropalı rəsmilər arasında yaranan qorxu ondan ibarətdir ki, ABŞ lideri sülh danışıqlarında irəliləyiş olmaması səbəbindən səbirsizlənir və sülh müqaviləsinin "qarşısını almaqda Ukraynanı və Avropanı günahlandıraraq" danışıqlar prosesindən çəkilə bilər.
Adı çəkilməyən yüksək vəzifəli ABŞ rəsmisi CNN-ə bildirib ki, vəziyyət Ukrayna üçün çətindir, çünki ölkə "şərqdə getdikcə strateji mövqelərini itirir".
Bundan əvvəl "Financial Times" qəzeti, rəsmilərə istinadən xəbər vermişdi ki, Trampın nümayəndələri ABŞ-nin Ukrayna üçün hazırladığı sülh planına cavab vermək üçün Prezident Zelenskiyə "bir neçə gün" vaxt veriblər.