Rusiyaya ağır zərbə: 4 aydan sonra təkrarlandı
10:54 Dünya"Ukrayna dronlarının hücumundan sonra Sızran neft emalı zavodu (NEZ) fəaliyyətini dayandırıb".
Globalinfo.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"5 dekabrda baş verən hücum zamanı dronlar neftin ilkin emalı qurğusu olan CDU-6-nı zədələyib. Bu, müəssisənin əsas avadanlıqlarından biridir və avqustda dron hücumuna məruz qaldıqdan sonra iki həftə ərzində təmir olunmuşdu. Yeni təmir işləri bir ay davam edə bilər", - deyə bildirilib.
Sızran şəhərinin meri Sergey Voloçenkov hücum barədə məlumat versə də, detallara varmayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə dronların Sızrandakı NEZ-ə hücum etdiyini təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31