Ukraynadan Rusiyanın tələblərinə SƏRT CAVAB

Ukrayna öz torpaqlarını və suverenliyini "satmır". 

Olaylar.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın daimi nümayəndəsi Andrey Melnik bildirib.

"Biz bayram yarmarkasında deyilik. Biz məşhur Çerkizov bazarında da deyilik. Rusiya Ukraynanın təslim olmasını istəyir. Mənim isə cavabım budur: hər şeyi əldə edə bilərsiz, Ukraynadan başqa" - deyə Melnik Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın çıxışından sonra bildirib.

Melnik bu ifadəni rus dilində səsləndirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının iclası 9 dekabr tarixində keçirilib və Rusiya qoşunlarının Ukraynanın mülki əhalisinə və infrastrukturuna hücumlarının artmasına həsr olunub.

BMT-nin İnsan Hüquqları üzrə İdarəsinin yaydığı hesabatda qeyd olunub ki, 2025-ci ilin iyun-noyabr ayları arasında Ukraynada mülki şəxslərin itkiləri əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, Avropa İttifaqının BMT-dəki nümayəndəsi Stavros Lambrinidis iclasda bildirib ki, Rusiya Ukraynada sülhə nail olmaq niyyətini göstərmir və mülki obyektlərə zərbələrini artırır. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31