Paşinyan Türkiyə və Azərbaycanla bağlı ELƏ BİR ADDIM ATDI Kİ... - SON DƏQİQƏ

Ermənistan bu gün Türkiyə ilə Azərbaycan arasında yüklərin öz ərazisindən keçməsinə icazə verməyə hazırdır.

Olaylar.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Berlində çıxışı zamanı bildirib.

O, Azərbaycanın bu ölkə ərazisindən Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını xatırladıb.

"Azərbaycan Prezidentinin bu qərarını və bəyanatını çox yüksək qiymətləndirirəm, çünki bu, çox mühüm və müsbət hadisədir. Cəmi bir neçə ay əvvəl mümkünsüz görünən bu proses artıq reallığa çevrilib. Qazaxıstandan Ermənistana Azərbaycan və Gürcüstan ərazisindən keçməklə dəmir yolu ilə taxıl daşınıb", - deyə o bildirib.

Baş nazir bunun müstəqil Ermənistan tarixində misilsiz hadisə olduğunu vurğulayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan həm siyasi, həm də texniki baxımdan Türkiyə ilə Azərbaycan arasında yüklərin öz ərazisindən tranzitinə icazə verməyə artıq bu gündən hazırdır.

"Əminəm ki, sülhün bərqərar olunmasına gündəlik səylər, Vaşinqton bəyannaməsinin mətninə və ruhuna riayət edilməsi, eləcə də bu prosesi poza biləcək narrativlərdən imtina sayəsində Ermənistan və Azərbaycan hökumətləri iki ölkə arasında dayanıqlı sülhü institusionallaşdıra biləcəklər", - deyə Paşinyanı bildirib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31