Zaxarova Zelenskinin hərəkətlərini "qanlı ticarət" adlandırıb - ÖZƏL
21:13 DünyaRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski "qanlı ticarətlə" məşğuldur.
Olaylar xəbər verir ki, Zaxarova bunu ABŞ Prezidenti Donald Trampın Zelenskini "ticarətçi" adlandırmasına şərh olaraq bildirib.
Zaxarova açıqlamasında qeyd edib ki, adi ticarət özü qınanılacaq deyil, lakin Ukrayna liderinin hərəkətləri bu sərhədləri aşır.
"İman, insanların etimadı ilə ticarət, daha sonra onların həyatları ilə ticarət - orada insan orqanları, uşaqlar, Ukraynanın şərəfi, vicdanı və gələcəyi ilə ticarət də var. Bu tamamilə başqa mənaya sahibdir. Həqiqətən, bu qanlı ticarətdir, Zelenskinin məşğul olduğu iş məhz budur", - deyə Zaxarova bildirib.
Əvvəlcə Tramp "Politico" ilə müsahibəsində Zelenskini yenidən "ticarətçi" adlandırmış, həmçinin ona P.T. Barnum ləqəbini vermişdi - ehtimal ki, Finneas Teylor Barnumu nəzərdə tuturdu.
İbrahim Məmmədli