Böyük Britaniya Rusiyaya tətbiq olunan sanksiyaları artırdı - ÖZƏL
19:59 DünyaBöyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını daha yeddi mövqe ilə genişləndirib.
Olaylar xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
Sanksiyalar Rusiyanın xaricdə yaşayan həmvətənlərin hüquqlarını qoruma və dəstəkləmə fondu, Avropa informasiya resursu "Golos" və Hərbi-analitik Mərkəz "Rybar"a tətbiq olunub.
Əvvəlki məlumatlarda bildirilirdi ki, London Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqları pozmaq məqsədilə Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər görməyə çalışır.
Eyni zamanda, böyük nümayəndə heyəti Macarıstandan Moskva istiqamətində yola düşüb. Onlar sanksiyaların aradan qaldırılmasından sonra əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31