Tramp Ukraynanı prezident seçkiləri keçirməyə çağırıb
9 Dekabr 2025 16:34 DünyaUkraynanın prezident seçkiləri keçirməyinin vaxtıdır, ölkə sakinlərinin belə bir seçimi olmalıdır.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp yerli KİV-lərə müsahibəsində deyib.
"Çox zaman keçib. Hər şey o qədər də yaxşı deyil. Məncə indi elə əsl seçkilər zamanıdır. Onlar seçkilər keçirməmək üçün müharibədən istifadə edirlər. Hesab edirəm ki, Ukrayna xalqının belə bir seçimi olmalıdır",- deyə Ağ Ev rəhbəri bildirib.
Tramp seçkilərdə hazırkı ölkə başçısı Volodimir Zelenskinin qələbə qazanacağı ehtimalını da istisna etməyib və ölkədə uzun müddətdən bəri seçkilərin keçirilmədiyinə diqqət çəkib:
"Bilirsiniz, onlar demokratiyadan dəm vururlar, bu artıq heç demokratiya deyil", - deyə ABŞ prezidenti vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31