Avropa Komissiyası süni intellektlə işində Aİ qaydalarını pozduğuna görə Google-a qarşı təhqiqata başlayıb- ÖZƏL

Avropa Komissiyası Google-un süni intellektlə bağlı fəaliyyətdə Aİ qaydalarını pozması iddiası ilə şirkətə qarşı rəsmi təhqiqat açıb. Olaylar.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında rəqabət məsələlərinə cavabdeh Avropa Komissiyasının sədr müavini Tereza Ribere məlumat verib. Riberenin sözlərinə görə, Google öz süni intellekt modellərinin işlədilməsi üçün YouTube istifadəçilərinin şəxsi kontentindən və bir sıra sosial şəbəkələrdəki materiallardan müəlliflərə heç bir ödəniş etmədən yararlanır.
"Google ehtimal ki, axtarış alətləri bazarındakı dominant mövqeyindən sui-istifadə edərək kontent müəlliflərinə ədalətsiz şərtlər diktə edir. Şirkət istifadəçilərin onlayn məzmunundan özünün "Süni İntellekt İcmalı" xidmətini yaratmaq üçün istifadə edir. Bu xidmət axtarış sorğusuna İİ tərəfindən hazırlanmış cavab təqdim edir", - deyə Avropa Komissiyası rəsmisi bildirib. O əlavə edib ki, sosial şəbəkələr və YouTube üzərindən kontenti istifadə olunan müəlliflərə heç bir kompensasiya verilmir. Təhlükələrin təsdiqlənəcəyi halda, Google-ı illik qlobal dövriyyəsinin 10%-dək məbləğində cərimə gözləyir. Qeyd edək ki, ötən həftə Avropa Komissiyası X platformasını Aİ-nin Rəqəmsal Xidmətlər Aktını pozduğuna görə 120 milyon avro cərimələyib. Bu qərar Brüssel və Vaşinqton arasında gərginliyi daha da artırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31