Yaponiyada baş vermiş zəlzələdə azı 30 nəfər yaralanıb
9 Dekabr 13:25 DünyaÖtən gün Yaponiyanın Aomori prefekturası ətrafında baş verən və tsunami xəbərdarlıqlarına səbəb olan 7,5 bal gücündə zəlzələ nəticəsində azı 30 nəfər yaralanıb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanay Takaiçi açıqlama verib.
Baş nazir seysmik aktiv bölgələrdə yaşayan sakinləri zəlzələ ilə bağlı xəbərdarlıqlıarı 1 həftə ərzində yaxından izləməyi tövsiyyə edib.
"Normal sosial-iqtisadi fəaliyyətlərinizi davam etdirərkən, çevrənizdəki təhlükəsiz təxliyə zonalarını və yollarını öyrənin, aşma riski olan mebellərin mövqeyini möhkəmlədin və gündəlik zəlzələ hazırlıqlarınızı davam etdirin. Həmçinin təxliyəyə hazır olun"-, deyə Baş nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31