Litva Tayvan Nümayəndəliyinin adını dəyişdirməyə razılaşmır- ÖZƏL
9 Dekabr 13:04 DünyaLitva Çin hökumətinin "Tayvan Nümayəndəliyi" işarəsinin adını dəyişdirmək tələbini qəbul etməyib. Olaylar.az xəbər verir ki, bu barədə Litva prezidentinin müşaviri Asta Skaysgiritə "Ziniu radijas" radiosuna açıqlamasında bildirib. O qeyd edib ki, Çinlə diplomatik münasibətlərin normallaşması istiqamətində hər hansı irəliləyiş yoxdur, çünki Pekin Tayvan nümayəndəliyinin adının dəyişdirilməsini tələb edir və bu, Litva üçün qəbul edilməz şərtdir.
Litvada "Tayvan Nümayəndəliyi" 2021-ci ildə keçmiş xarici işlər naziri Gabrielius Landsbergis tərəfindən açılıb. Pekin isə bu adın istifadəsinə qarşı çıxaraq öz səfirini geri çağırıb və eyni addımı Litvadakı diplomatik missiya üçün də tələb edib. Çin digər ölkələrdə olduğu kimi, Litvada ofisin adının "Taybey nümayəndəliyi" kimi olmasını təklif etsə də, hökumət bunu qəbul etməyib. Nəticədə Çin-Litva diplomatik münasibətlərini səviyyəsini azaldıb və Vilyusdakı Çin səfirliyinin statusunu səfirlikdən nümayəndəliyə çevirmək barədə nota göndərib.