Cəbhə uğurları Rusiyaya ABŞ-la danışıqlarda üstünlük qazandıracaq - ÖZƏL
19:26 DünyaRusiya ordusunun cəbhədə irəliləməsi ABŞ-la mümkün danışıqlarda Moskvanın mövqeyini gücləndirə bilər.
Olaylar xəbər verir ki, bu barədə "Daily Telegraph" məlumat yayıb .
"Bu uğurlar, böyük ehtimalla, Trampa sülhün Rusiyanın şərtləri əsasında bağlanmalı olduğu fikrini aşılamağa kömək edəcək", - materialda qeyd olunur.
Müəlliflərin fikrincə, Rusiya Silahlı Qüvvələrinin əldə etdiyi nəticələr ABŞ tərəfinə Kiyevə əlavə hərbi yardım göstərməyin mənasız olduğunu göstərə bilər.
Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərin azad edilməsinin qaçılmaz olduğunu bəyan etmişdi.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31