Siluanov: Rusiyanın iqtisadiyyatının “velosiped kimi sürət götürməsi” üçün hər şeyi edirik - ÖZƏL

Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, ölkədə 2026-cı ildə iqtisadiyyatın dayanıqlı artımı üçün real əsaslar mövcuddur.

O, bunu jurnalist Pavel Zarubinlə müsahibəsində deyib.

Olaylar xəbər verir ki, müsahibənin videosu Zarubinin Teleqram kanalında dərc olunub.

"Gələn il investisiyaların artımı hesabına iqtisadiyyatımızın dayanıqlı şəkildə inkişaf etməsi üçün artıq əsaslar var", - Siluanov qeyd edib.

Nazir əlavə edib ki, Rusiyada iqtisadi artım üçün bütün zəruri şərait yaradılır.

Zarubin həmçinin "Rossiya zovyot!" forumu ərəfəsində VTB tərəfindən hazırlanmış videoya diqqət çəkib. Videoda Siluanov velotrekdə idman velosipedində təsvir olunur. Jurnalist ondan soruşub ki, ölkə iqtisadiyyatı da velosiped kimi "bu templə hərəkət edə biləcəkmi?"

"Bunun üçün lazım olan hər şeyi edirik", - Siluanov cavab verib.

Bundan əvvəl nazir bildirmişdi ki, Rusiyanın cari ildə iqtisadi artımı 1%-dən az olacaq.

Oktyabr ayında o, Rusiyanın iqtisadiyyatının dayanıqlı artım mərhələsinə keçdiyini açıqlamışdı.

Siluanov həmçinin vurğulamışdı ki, Maliyyə Nazirliyi 2026-cı ildə də iqtisadiyyatın kölgə sektoruna qarşı mübarizəni davam etdirəcək.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31