İtaliyada 10 dəqiqə tıxacda qalanlara pul ödəyəcəklər
18:32 Dünyaİtaliya yay aylarından etibarən avtomobil yollarında görülən tikinti və təmir işləri səbəbindən yaranan tıxacları kompensasiya etmək üçün yeni sistem işə salacaq.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qaydaya əsasən, sürücülər 50 kilometrlik marşrutun normal müddətinə əlavə olaraq cəmi 10 dəqiqəlik gecikmə yaşadıqları halda belə ödənişin bir hissəsini geri ala biləcəklər.
Qayda yalnız texniki səbəblər yəni tikinti və təmir nəticəsində yaranan tıxaclara şamil ediləcək. Qəza, pis hava şəraiti və fövqəladə hallar səbəbindən yol bağlanmaları isə buna aid deyil.
Qeyd olunur ki, geri qaytarmanın həcmi gecikmənin uzunluğuna görə müəyyən ediləcək. Uzaq məsafələrdə 15 dəqiqəni aşan gecikmələr də sürücüyə kompensasiya hüququ verəcək. Əgər gecikmə 3 saata qədər uzanarsa, həmin marşrut üzrə ödənilən yol haqqı tam şəkildə geri qaytarılacaq.