ABŞ-dan Avropadakı ordusu ilə bağlı qadağa
17:04 DünyaABŞ Konqresi Pentaqona Avropadakı Amerika qoşunlarının sayını 76 mindən aşağı salmağı qadağan etmək niyyətindədir.
Olaylar.az xəbər verir ki, müvafiq müddəalar bu həftə səsverməyə çıxarılacaq qanun layihəsində yer alıb.
Bildirilib ki, məhdudiyyətlər hərbi nazir Pit Heqset və ABŞ Avropa Komandanlığının (EUCOM) rəhbəri Aleksus Qrinkeviç Konqresə qoşunların azaldılmasının ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olduğunu və NATO müttəfiqləri ilə bu məsələ ilə bağlı məsləhətləşmələr aparıldığını təsdiqləyənə qədər qüvvədə qalacaq.
Cənubi Koreyadakı ABŞ qoşunlarının minimum sayı ilə bağlı da oxşar məhdudiyyətlər tətbiq olunur və bu ölkə üçün 28 500 nəfərlik hədd müəyyən edilib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31