Niderland Ukraynaya əlavə 815 milyon dollarlıq hərbi yardım ayırır – ödəniş 2026-cı ildə gələcək

Niderland hökuməti Ukraynaya daha 815 milyon dollar həcmində hərbi yardım ayıracağını açıqlayıb. 

Olaylar.az xəbər verir ki, rəsmi məlumatda bildirilir ki, vəsait 2026-cı ilin ilk rübündəUkrayna tərəfinə çatdırılacaq.

Yardım paketi Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək, hərbi texnika təchizatını artırmaq və döyüş sahəsində davamlılığı təmin etmək məqsədi daşıyır. Hökumət vurğulayıb ki, bu addım Ukraynaya uzunmüddətli dəstək strategiyasının bir hissəsidir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31