Fransa: Ukrayna sülh danışıqları Avropasız baş tuta bilməz – Paris Zelenskini təsadüfən qəbul etməyib
16:11 DünyaFransanın xarici işlər naziri Stüfen Barro bəyan edib ki, Ukraynada sülhün əldə olunmasına dair danışıqlar Avropa dövlətlərinin iştirakı olmadan mümkün deyil.
Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, Prezident Vladimir Zelenskinin Parisə son səfəri "tamamilə məqsədyönlü və təsadüfi olmayan" diplomatik addım olub.
Barro həmçinin ABŞ-ın yaxın vaxtlarda təqdim etdiyi 28 bənddən ibarət sülh planının ciddi şəkildə dəyişdirildiyini açıqlayıb. Nazir bildirib:
"Bir tərəfdən biz həmin sənəddən avropalılara aid olan bütün məqamları çıxarmağa nail olduq. Digər tərəfdən isə ABŞ-ın ilk dəfə açıq şəkildə bizimlə birlikdə təhlükəsizlik zəmanətlərinin hazırlanması üzərində işləməyə hazır olduğunu təsdiqləməsinə nail olduq. Bu, sülh əldə olunduqdan sonra Ukraynaya qarşı yeni təcavüzün qarşısını ala biləcək hərbi elementlər deməkdir". (Musavat.com)