Əş-Şaraa Rusiyanın Əsəd rejimini xilas etmək üçün son cəhdini ifşa etdi

Suriyanın Prezidenti Əş-Şaraa "Al Jazeera" kanalının yeni sənədli filmində Rusiyanın Əsəd rejimini son anda xilas etməyə çalışdığı hadisələrin detalları ilə bağlı səs-küylü açıqlamalar verib.

Olaylar.az-ın məlumatına görə Əş-Şaraa bildirib ki, 2024-cü ilin noyabrının sonunda "Həyat Tahrir əş-Şam" qruplaşmasının rəhbərlik etdiyi üsyançılar Əl-Əpponun qərb hissəsinə nəzarəti ələ keçirdikdən sonra onlar Rusiyadan xüsusi mesaj alıblar. Mesajda deyilirdi:

"Burada dayanıb ələ keçirdiyiniz əraziləri götürün, əks halda vəziyyət daha da gərginləşəcək".

Əş-Şaraa deyib ki, bu xəbərdarlıq ona Əsəd rejiminin artıq çökməkdə olduğunu anladıb.

Onun sözlərinə görə, 7 dekabr 2024-cü ildə Homs şəhərinin üsyançılar tərəfindən alınmasından dərhal sonra Dəməşqə doğru hücum əməliyyatı planlaşdırılıb. Əş-Şaraa açıqlamasında bildirib:

"Sərəncamı gecə saat 01:30-da verdim və qüvvələrimiz paytaxta doğru irəlilədi. Onlar 8 dekabrın sübh çağı Dəməşqə daxil oldular".

Açıqlandığı kimi, bu hadisələr Suriyada hakimiyyət dəyişikliyinə aparan ən kritik məqamlardan biri olub və Rusiyanın müdaxilə cəhdlərinin nəticə vermədiyini göstərib. (musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31