Zelenski bu ölkəyə qaça bilər – İnanılmaz detallar
15:27 Dünya"Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədəki uğursuzluqlar və korrupsiya qalmaqalından irəli gələn daxili siyasi təzyiqlər fonunda İsrailə qaça bilər".
Olaylar.az xəbər verir ki, bu barədə "The National Interest" jurnalı yazıb.
"Ukraynanın müharibə səyləri zəiflədikcə və Zelenski administrasiyasına təzyiq artdıqca, Kiyevdə və onun hüdudlarından kənarda qəribə bir şayiə yayıldı: Ukraynalideri tezliklə İsrailə qaça bilər. Hətta ola bilsin ki, bir neçə çamadan sərvətlə bunu etsin", - deyə qeyd olunub.
Lakin bildirilib ki, Zelenskinin belə bir addım atmağı planlaşdırdığına dair heç bir dəlil yoxdur.
"Buna baxmayaraq, iddialar yayılır. İsrail isə təkcə Rusiyadan deyil, həm də öz xalqının məsuliyyətdən qorxan ukraynalı oliqarxlar, iş adamları və keçmiş məmurlar üçün sevimli sığınacaq yeri olub". (Globalinfo)