Putin Ukraynada döyüşən işğalçı sayını açıqladı

Vladimir Putin Ukrayna ərazisində işğalçı müharibədə döyüşən Rusiya hərbçilərinin sayını açıqlayıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, o, məlumatı Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə açıqlayıb.

Onun sözlərinə görə, hazırda döyüşlərdə 700 mindən çox hərbçi iştirak edir. Putin müharibə veteranları üçün dövlət orqanlarında kvotaların ayrılması ideyasını şərh edərkən qeyd edib ki, heç də bütün əsgərlər özlərini dövlət qulluqçusu kimi görmürlər:

"Baxın, təmas xəttində 700 mindən çox insan yerləşdirilib. Bu insanlar arasında biz dövlət qulluğu kimi bu fəaliyyət növünə həvəsli və meylli olanları seçməliyik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31