Bu ölkədə rus dili məktəblərindən imtina olunur – sensasion gəlişmə!
16:57 DünyaOlaylar.az xəbər verir ki, Estoniya artıq rus dilində təhsil verən məktəblərlə birdəfəlik vidalaşmaq yolundadır. Təhsil naziri Kristina Kallas yeni təşəbbüslə çıxış edib: bundan sonra rus dilində tədris aparan özəl məktəblər də dövlət maliyyələşməsindən məhrum ediləcək.
Əslində, rəsmi Tallin bu siyasəti çoxdan tətbiq etməyə başlamışdı - bələdiyyə məktəblərində rus dilində tədris qadağan olunub və onlar artıq dövlət dəstəyi almırlar. İndi isə hökumət bu qaydanı özəl məktəblərə də şamil edərək, rus dilinin təhsil sistemindən tam çıxarılmasına nail olmaq istəyir.
Məsələ ondadır ki, son illərdə Estoniyada valideynlərin böyük bir hissəsi uşaqlarını məhz rus dilində təhsil alan özəl məktəblərə yönləndirirdi. Onlar eston dilində tədrisə məcbur qalmaq istəmirdilər. İndi isə bu "qaçış yolu" da bağlanır.
Bu addım yalnız bir təhsil islahatı deyil - Rusiyanın təsir dairəsinə qarşı siyasi mesajdır. Estoniya açıq şəkildə bildirir ki, rus dili bu ölkənin gələcəyində yer tutmayacaq. (musavat.com)