Türkiyə Suriyadan çıxması üçün şərtlərini AÇIQLADI

Türkiyə qoşunlarının Suriyadan çıxarılmasının şərtlərini açıqlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkə qoşunlarının Suriyadan çıxarılması yalnız sərhəd təhlükəsizliyi tam təmin edildikdən və terror təhlükəsi aradan qaldırıldıqdan sonra mümkün olacaq.

Ankara vurğulayıb ki, oradakı hərbi varlıq Türkiyə ordusunun özünümüdafiə hüququna əsaslanır.

Missiyanın əsas məqsədi ölkənin qorunması və terrorizmə qarşı mübarizədir.

Bundan əlavə, qoşunların mövcudluğu "terror dəhlizi"nin yaradılmasının qarşısını almaq məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31