Britaniya polisi Rusiya kəşfiyyatına kömək etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Standard" qəzeti Skotland-Yardın bəyanatına istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Esseksdə terrorla mübarizə fəaliyyətinə dair aparılan istintaq çərçivəsində iki kişi və bir qadın həbs edilib.