Rusiyadan Ermənistana mesaj: Ya onlar, ya da biz...
15:39 Dünya"Hələlik Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq niyyəti ilə bağlı bəyanatları sadəcə siyasi bəyanatlardır".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə I Departamentinin direktoru Mikael Aqasandyan TASS-a bildirib.
Rəsmi Rusiya baş nazirinin müavini Aleksey Overçukun Aİ və Avrasiya İqtisadi Birliyinə (AİB) eyni vaxtda üzv olmağın qeyri-mümkünlüyünü də xatırladıb:
"Ermənistanın hazırkı hərəkətləri onun AİB qarşısında götürdüyü öhdəliklərə zidd deyil. Əməli addımları izləməyə davam edəcəyik. Heç kim Ermənistana digər ölkələrlə əməkdaşlığı qadağan etmir - bütün AİB üzvləri bunu edir. Əsas odur ki, belə əməkdaşlıq onun ittifaq daxilindəki öhdəliklərinə zidd olmasınl. Bu, hələlik belə deyil".
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl Aİ-yə mümkün üzvlüklə əlaqədar ölkəsinin AİB-dən çıxaracağını istisna etməmişdi. (teleqraf)