Yerin yaxınlığından toqquşma təhlükəsi olan asteroid keçib
14:36 Dünya300 metr ölçüsündə olan "2025FA22" asteroidi Yerdən yan keçib və hal-hazırda planetimizdən uzaqlaşmaqdadır.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnsitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçyov danışıb.
"Planet üçün potensial təhlükəli kosmik cisimlərin siyahısına daxil olmuş 130 x 290 metr ölçüsündə olan "2025 FA22" asteroidi bu gün 10.41-də (Bakı vaxtı ilə 11:41-də) Yer və Aydan yan keçib", -deyə alim bildirib.
Bundan əvvəl alimlər asteroidin Yerə ən yaxın məsafəyə qədər yaxınlaşacağını elan etmişdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31