Rusiya Kirkin qətli ilə bağlı iddialara cavab verdi
13:02 DünyaRusiyanın ABŞ-dəkı səfirliyi amerikalı mühafizəkar fəal Çarli Kirkin qətli ilə bağlı Moskvanın dezinformasiya yayması haqda iddiaları rədd edib.
Səfir Andrey Bondarev bildirib ki, bu faciənin anti-Rusiya isteriyası üçün bəhanə kimi istifadəsi qəbuledilməzdir.
Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya digər dövlətlərin, o cümlədən ABŞ-nin daxili işlərinə qarışmır və qarışmaq niyyətində deyil.
Daha əvvəl iddia olunmuşdu ki, Rusiya, Çin və İrana məxsus botlar sosial şəbəkələrdə Kirkin qətli ilə bağlı dezinformasiya yayıb. Çin Xarici İşlər Nazirliyi isə bu hadisənin siyasi ritorika üçün istifadə edilməməli olduğunu açıqlayıb.
31 yaşlı Çarli Kirk sentyabrın 10-da Yuta ştatının Orem şəhərində çıxışı zamanı odlu silahla qətlə yetirilib. O, ABŞ Prezidenti Donald Trampın tərəfdarı olub və Ukraynaya hərbi yardıma qarşı çıxışı ilə tanınıb.