İnternet olmayacaq, aviasiya dayanacaq - Rusiyada BÖHRAN DƏRİNLƏŞİR

Rusiyanın Kamçatka bölgəsində sakinlər tam internet kəsintisi ilə üzləşəcəklər.

Musavat.com xəbər verir ki, sentyabrın 25-29-da "Rostelekom" Livaşov burnunda sualtı kabelin köçürülməsi işlərini aparacaq. İşlərin iki gün davam edəcəyi gözlənilsə də, hava şəraiti səbəbindən kəsinti dörd günə qədər uzana bilər. Fövqəladə xidmətlər və sosial obyektlər peyk rabitəsinə keçiriləcək, yerli əhali isə artıq nağd pul və filmlərlə ehtiyatlanır.

Yakutiyada isə "Polyarnıye avialinii" şirkəti maliyyə çatışmazlığı səbəbindən 15 sentyabrdan Orta Kolıma rayonuna uçuşları dayandırıb.

Bu bölgədə 5 mindən çox insan yaşayır və onlar üçün təyyarə və vertolyotlar yeganə nəqliyyat vasitəsi idi. İndi sakinlər tam təcrid olunublar - yalnız qışda avtomobil qış yolları açıldıqda əlaqə bərpa ediləcək. Yerli hakimiyyət xəbərdarlıq edib ki, vəziyyət ərzaq, əsas mallar və tibbi yardımla təminatda fasilələrə səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31