Kaxa Kaladze: Dövlət çevrilişi cəhdi ilə bağlı faktlar çox ağırdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcü Arzusu" partiyasının baş katibi, Tbilisi meri və merliyə namizəd Kaxa Kaladze "heksoqen işi" ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib ki, əldə olunmuş etiraflar düşmənin sakitləşmədiyini göstərir.

Onun sözlərinə görə, ölkədə dövlət çevrilişi, qan tökülməsi, inqilab və insanlar arasında qarşıdurma yaratmaq üçün müxtəlif cəhdlər edilir:
"Qanunsuz addım atmağa cəsarət etsinlər, onda görərik", - deyə Kaladze vurğulayıb.

O əlavə edib ki, bu, çox ağır faktdır:
"Mən Dövlət Təhlükəsizlik Xidmətinin bütün əməkdaşlarına preventiv tədbirlərinə görə təşəkkür edirəm. Bildiyim qədər araşdırmalar davam edir. Çoxlu suallar mövcuddur, gözləmək lazımdır. Bu tipli cinayətlə üzləşmək həqiqətən çox ağır faktdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31