NATO qoşunları sərhədə yığıldı: 30 min əsgər…
14:49 DünyaPolşa Belarusla sərhəddə hərbi təlimlərə başlayıb.
Olaylar.az xəbər verir ki, təlim ərazisi strateji Sualki dəhlizindən təxminən 100 kilometr məsafədə yerləşir.
"Təlimləri Polşanın Baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamyş və Baş Qərargah rəisi Veslav Kukula müşahidə edirlər. Bu çərçivədə zirehli, mexanikləşdirilmiş, artilleriya və havabölmələrinin birgə fəaliyyəti sınaqdan keçirilir", - deyə bildirilib.
Məlumata görə, ümumilikdə təlimlərə Polşa və NATO ölkələrindən 30 minə yaxın hərbçi və 600-dən çox texnika cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31