Trampın təyyarəsi az qala toqquşacaqdı

ABŞ Prezidenti Donald Trampın təyyarəsi qəza vəziyyəti ilə üz-üzə qalıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

"ABŞ Prezidenti Donald Trampa məxsus "Boeing 747" Nyu-York səmasında olarkən "Spirit" Hava Yollarına məxsus təyyarənin də oxşar marşrutla uçduğu görünüb. Hava dispetçerləri dərhal sərnişin təyyarəsinin pilotlarına kursu dəyişməyi tövsiyə ediblər", - deyə bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31