Avropa Parlamenti rəhbəri Kiyevdə: "İlk gündən yanınızdayıq" – ÖZƏL

Avropa Parlamentinin (AP) prezidenti Roberta Metsola Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün başlanmasından 1300 gün sonra Kiyevə səfər edib. 

Olaylar.az xəbər verir ki, bu barədə o, özünün X sosial platformasında yazıb.
"Kiyevə qayıdıram. Təcavüzün başlamasından 1300 gün keçir. Mən Avropa Parlamentinin güclü dəstək mesajı ilə Ukraynadayam", - Metsola bildirib.

O, həmçinin əlavə edib: "İlk gündən yanınızda olduğumuz kimi, bundan sonra da yanınızda qalacağıq".

Xatırladaq ki, AP prezidenti bu gün Kiyevə çatıb. Millət vəkili Aleksey Qonçarenkonun sözlərinə görə, Metsolanın Ali Radada çıxış edəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31