Quterreşdən Ukrayna ilə bağlı proqnoz – Tezliklə…
12:28 Dünya"Ukraynada tezliklə sülhün əldə edilməsi üçün heç bir səbəb görmürəm".
Olaylar.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
O bildirib ki, tərəflərin mövqeləri çox fərqlidir.
"Bizə dərhal atəşkəs lazımdır. Lakin bu, BMT Nizamnaməsi, beynəlxalq hüquq və Baş Assambleyanın qətnamələri əsasında olmalıdır. Rusiya atəşkəs ideyasına qəti şəkildə qarşıdır və qlobal razılaşmada israrlıdır.
Buna görə də qorxuram ki, biz bu müharibənin ən azı bir müddət davam etməsinin şahidi ola bilərik. Zorakılıq indi xüsusilə dramatikdir, çünki bu, mülki əhaliyə dərin təsir göstərir və tamamilə faciəvidir", - Quterreş əlavə edib.
Quterreş qeyd edib ki, Kiyev öz ərazi bütövlüyünü qorumaq, Kreml isə Ukrayna ərazisinin böyük hissəsini işğal etmək istəyir.