AfD lideri: Mers Trampın Ukrayna münaqişəsini bitirmək səylərini sabotaj edir - ÖZƏL

Almaniyanın "Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədri Alis Vaydel kansler Fridrix Mersi "müharibə qızışdırmaqda" və ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsini tezliklə başa çatdırmaq səylərinə mane olmaqda ittiham edib.
Olaylar.az xəbər verir ki, Bundestaqda cari ilin dövlət büdcəsi ilə bağlı keçirilən debatlarda çıxış edən Vaydel Mersə müraciətlə deyib: "Siz ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəni tezliklə bitirmək istəklərini sabotaj edirsiniz".
AfD lideri Ukraynaya hərbi dəstək göstərən ölkələrin birliyini "məğlublar koalisiyası" adlandırıb və qeyd edib ki, bu iştirakçılar "divara sıxışdırılıblar". Onun sözlərinə görə, hakimiyyət qarşıdan gələn fəlakət və vətəndaşların inamının azalması fonunda vəziyyəti gizlətməyə çalışır: "Siz dünyaca məşhur siyasətçi və guya sərkərdə obrazının arxasında gizlənməyə çalışırsınız, halbuki o, qum qutusunda xəyali ordularını hərəkət etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31