Rusiyada təyyarənin qəzaya uğraması ilə bağlı yeni detallar…

Rusiyanın Tında şəhəri yaxınlığında "An-24" sərnişin təyyarəsinin qəzaya uğramasına dair yeni detallar məlum olub.

Olaylar.az bildirir ki, Oxu.Az bu barədə Beynəlxalq Aviasiya Komitəsinin (BAK) hesabatına istinadla xəbər verir.

Sənədə əsasən qəzadan bir neçə saniyə əvvəl təyyarənin yerə yaxınlaşmasını xəbərdarlıq edən sistemin audioyazısı qeydə alınıb.

"Audioyazının 12:56:41-dən 12:56:44-ə dəqiqəsində xəbərdarlıq eşidilir: "Hündürlüyü yoxla. Yer çox yaxındır. Yer çox yaxın...", - deyə sənəddə bildirilir.

Qeyd olunur ki, həmin andan sonra dispetçer ekipajla dəfələrlə radioəlaqə yaratmağa çalışsa da, cavab verilməyib.

Xatırladaq ki, "An-24" təyyarəsi 24 iyulda Xabarovsk-Blaqoveşensk-Tında marşrutu üzrə uçarkən Amur vilayətində, Tındadan 15 km aralıda qəzaya uğrayıb. Təyyarə ilə əlaqə qəfil kəsilib, daha sonra onun yanmış gövdəsi yerə düşmüş vəziyyətdə aşkar edilib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olublar. Təyyarənin qəzaya uğramasından sonra hadisə yerində qara qutular da tapılıb.

Hadisə ilə bağlı məlum olmuşdu ki, aviasiya orqanlarının "Anqara" aviaşirkətinə texniki xidmətlə əlaqədar iradları olub. Hətta hadisədən əvvəl şirkətin texniki xidmət sertifikatının geri çağırılması nəzərdə tutulub. 30 iyulda isə Rosaviatsiya "Anqara"nın sertifikatını rəsmən ləğv edib.

BAK-ın 16 sentyabrda dərc etdiyi araşdırmanın ilkin nəticələrinə görə, pilotlar uçuş hündürlüyü sistemlərini səhv salmış ola bilərlər. Hesabatda həmçinin o da bildirilir ki, ekipaj yalnız faciədən bir neçə saniyə əvvəl hündürlüyə diqqət yetirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31