Braziliyada keçmiş prezident irqçi çıxışlarına görə cərimələnib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Reuters-in məlumatına görə, Braziliya Federal Məhkəməsi keçmiş prezident Jair Bolsonaronu vəzifədə olduğu müddətdə irqçi şərhlərinə görə 1 milyon real (188 865 dollar) məbləğində cərimələyib.

Hadisəyə 2021-ci ilin may ayında bir qaradərili tərəfdarının Bolsonaro ilə foto çəkdirmək istəməsi səbəb olub. Keçmiş prezident zarafatla kişinin saçında "qarışqa" gördüyünü deyib. O, həmçinin kişinin saç düzümünü "qarışqaların yuvası" ilə müqayisə edərək, saçlarının təmiz olmadığını iddia edib.
Bolsonaro-nun vəkilləri mətbuata verdikləri açıqlamada bu sözlərin "irqçi ifadələrdən daha çox zarafat" olduğunu və heç bir təhqir niyyəti daşımadığını bildiriblər.

Bu qərar, Ali Məhkəmənin keçmiş ordu kapitanını 2022-ci il seçkilərində məğlub olduqdan sonra dövlət çevrilişinə cəhd etdiyinə görə 27 il 3 ay həbs cəzasına məhkum etməsindən bir həftə sonra verilib.
Həmçinin, bu qərar Bolsonaronun ev dustaqlığında olduğu iqamətgahında xəstələndikdən sonra xəstəxanaya yerləşdirilməsi ilə eyni vaxta təsadüf edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31