Rusiyaya daha bir ŞOK - XƏBƏRDARLIQ EDİLDİ...

Rusiya neftinin təxminən 80%-nin nəqlini həyata keçirən "Transneft" şirkəti ölkə daxilindəki iri istehsalçılara və ixracatçılara xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata əsasən, şirkət bildirib ki, son aylarda neft emalı zavodları və liman infrastrukturuna endirilən hücumlar səbəbindən emal gücü və nəql imkanları nəzərəçarpacaq dərəcədə azalıb.

Məlumata görə, yalnız son bir neçə ay ərzində Ukrayna dronlarının hücumları nəticəsində azı 10 böyük zavod zərər görüb. Onların sırasında Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri olan "Kirişinefteorgsintez" da var. Bu hücumların nəticəsi olaraq ölkədə ümumi emal həcmi təxminən 20% azalaraq ciddi geriləmə ilə üzləşib.

Məlumata əsasən, yaxın perspektivdə Rusiya hasilatın azaldılması məcburiyyəti ilə üz-üzə qala bilər. 

Prezident Volodimir Zelenski dəfələrlə bəyan edib ki, Ukrayna dronlarının Rusiya neft-qaz infrastrukturuna endirdiyi zərbələr "ən sürətli və ən təsirli sanksiyalar" funksiyasını yerinə yetirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31