Puqaçova "Xalq artisti" titulundan məhrum ediləcək?

Rusiyada "Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihə" ictimai təşkilatı prezident Vladimir Putinə petisiya göndərərək, məşhur müğənni Alla Puqaçovanın "Xalq artisti" titulundan məhrum olunmasını tələb edib.

Bu barədə "Abzats"a təşkilatının rəhbəri Vitali Borodin məlumat verib.

Sənəddə bildirilib ki, belə bir təşəbbüsə səbəb Alla Puqaçovanın yüksək titulu gözdən salan və diskreditə edən davranışıdır. Müğənninin Yekaterina Qordeyevaya verdiyi müsahibədəki sözləri və hərəkətləri, fəalların fikrincə, həm dövlət təhlükəsizliyi baxımından, həm də "Xalq artisti" statusunun sahibinin mənəvi və vətəndaş məsuliyyəti baxımından suallar doğurur.

"Müsahibədə Puqaçova Rusiya ərazisində terror fəaliyyətinin təşkilatçısı kimi rəsmən tanınan Cohar Dudayev haqqında açıq-aşkar hörmətlə danışıb. Alla Borisovna həm də dövlət orqanlarını açıq və destruktiv şəkildə tənqid edib", - deyə petisiyada bildirilib.

Təşkilat Puqaçovanın Dudayev haqqında dediyi sözlərin Rusiya Cinayət Məcəlləsinin 205.2-ci (terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa ictimai bəraət qazandırmaq və ya terrorizmin təbliği) maddəsi ilə ziddiyyət təşkil edə biləcəyini istisna etməyib. Artist Rusiyanın dövlət orqanlarını, Silahlı Qüvvələrini və xarici siyasətini nüfuzdan salmaqda ittiham olunur.

Xatırladaq ki, avqustun 10-da jurnalist Yekaterina Qordeyeva Puqaçova ilə müsahibəsini paylaşıb və orada müğənni Cohar Dudayevi ləyaqətli və ziyalı insan adlandırıb.(oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31