Yaponiya Rusiya neftinə əlavə sanksiyaların tətbiqini çətin hesab edir - ÖZƏL
19:35 DünyaYaponiya Maliyyə Naziri Katsunobu Kato ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqını Çin və Hindistandan idxal olunan məhsullara 100%-ə qədər rüsum tətbiq etməyə çağırması barədə xəbərlərə münasibət bildirib.
Olaylar xəbər verir ki, Rusiya neftini alan üçüncü ölkələrə qarşı sanksiyaların tətbiqi çətin olacaq. "Yüksək rüsumları yalnız onların Rusiya nefti alması əsasında tətbiq etmək çətin olardı," - deyə Kato jurnalistlərə bildirib.
15 sentyabrda Tramp ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu, amma şərt kimi Avropanın bunu əvvəl etməsini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton Moskva əleyhinə tam miqyasda hərəkət edərkən, Avropa ölkələrinin Rusiya nefti almağa davam etməsi qəbuledilməzdir.
Tramp, həmçinin, bütün NATO ölkələrinin Rusiya nefti alımını dayandırmasını və Çin idxalına 50-100% rüsum tətbiq etməsini şərt kimi göstərib. Onun sözlərinə görə, bu tədbirlər Ukrayna böhranının həllinə kömək edəcək və sonra tariflər ləğv edilə bilər.
İbrahim Məmmədli