Qalmaqallı səfir Ermənistanı TƏRK ETDİ
17:16 DünyaErmənistanda missiyasını başa vuran İran səfiri Mehdi Sobhani ölkəni tərk edib.
Musavat.com xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Sobhani ilə görüşərək onun fəaliyyətinə görə təşəkkürünü bildirib.
Qriqoryan səfirin Ermənistan və İran arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.
Səfir Mehdi Sobhani də konstruktiv əməkdaşlığa görə təşəkkürünü bildirib və İranın regionda davamlı sabitlik və sülhün bərqərar edilməsinə yönəlmiş səyləri dəstəkləyəcəyini vurğulayıb.
Baş nazirin müavini Mher Qriqoryan səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb və onun hər zaman Ermənistanın dostu olaraq qalacağını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31