Rusiya “düşmən ölkələr” terminindən tədricən imtina edir – ÖZƏL
13:07 DünyaOlaylar.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə günü keçirilən "Intervidenie" beynəlxalq musiqi yarışına hazırlıqla bağlı mətbuat konfransında bildirib ki, Rusiya tədricən "düşmən ölkələr" terminindən imtina edir.
"Biz tədricən "düşmən ölkələr" terminindən uzaqlaşırıq, baxmayaraq ki, qanunvericilikdə o hələ də qalır. Amma prezidentin, son vaxtlar Vladivostokda keçirilən tədbirlərdən birində vurğuladığı kimi, bizim düşmən ölkələrimiz yoxdur, yalnız Rusiya Federasiyasına qarşı düşmən mövqe tutan hökumətlər var", - Lavrov deyib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2025-ci ildə Moskvada və Moskva vilayətində "Intervidenie" beynəlxalq musiqi yarışının keçirilməsi barədə fərman imzalayıb. Yarışma 20 sentyabrda Moskva Live Arenada baş tutacaq.