Sərkisyan Paşinyana qarşı yeni koalisiyalar qurmaq istəyir

Ermənistanın müxalifətdə olan Respublika Partiyası (sədri Serj Sərkisyandır) 26 sentyabrda parlament dinləmələrinin keçirilməsini tələb edib.

Olaylar.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli müxalifyönlü "Hraparak" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə gündəliyə "Paşinyanın devrilməsinin praktik yolları və onların ətrafında birləşmək" məsələsini daxil edilib.

"Sərkisyanın komandası daxili siyasi vəziyyətin həllini Nikol Paşinyanın impiçmentində görür. Sərkisyana yaxın adamlar hesab edir ki, hələ də 'Ermənistan' bloku (Robert Köçəryana yaxın) ilə ümumi anlaşmaya nail olmaq və prosesləri birlikdə həyata keçirmək imkanı mövcuddur", - yazıda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31