Rusiya cəbhəyə yeni qüvvələr GÖNDƏRİR: Pokrovsk alınmaz qalaya ÇEVRİLİB

Dağıntılara və atəşə baxmayaraq, Pokrovsk Ukraynanın şərqindəki əsas qalalarından biri olaraq qalır və rus qoşunlarının şimala və cənuba doğru irəliləməsinə mane olur.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna hərbçiləri "The Telegraph"a danışıb.

Nəşrin məlumatına görə, avqustun ortalarında rus qoşunları Pokrovsk və qonşu Konstantinovka üçün təhlükə yaradaraq müdafiəni yarmağa müvəffəq olub, lakin hücum qismən dayandırılıb.

Son həftələr Moskva bu sektora minlərlə hərbçi və onlarla zirehli texnika göndərib. Ekspertlər hesab edir ki, bu addımlar genişmiqyaslı hücuma hazırlıqdır.

Ukrayna Silahlı Qüvvələrinin əsgərlərindən biri bildirib:

"Hazırda burada bizimlə üç ordu vuruşur - 8-ci, 51-ci və ən son olaraq 155-ci dəniz piyadaları. Rus bölmələri Kursk vilayəti, Xerson və digər vilayətlərdən gəlib".

Eyni zamanda, Ukrayna qüvvələri mütəmadi olaraq Rusiya təxribat qruplarını ələ keçirir və bu qruplar hələ də əsas təhlükələrdən biri olaraq qalır.

Hərbçilər vurğulayırlar ki, tədarük xətləri toxunulmaz qalarsa, Pokrovskın ilin sonuna qədər ələ keçiriləcəyi ehtimalı azdır:

"Logistikamızı kəsməsələr və çox güman ki, kəsməyəcəklərsə, ilin sonuna kimi heç nə ələ keçirməyəcəklər. Hər dəfə sındırmağa cəhd etdikdə onlara cavab verəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31