Tramp və Zelenski Nyu-Yorkda GÖRÜŞƏCƏK
10:35 DünyaABŞ prezidenti Donald Tramp gələn həftə BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio Təl-Əvivdən Dohaya uçmazdan əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Rubio qeyd edib ki, "Prezident Tramp Zelenski ilə bir neçə telefon danışığı və görüş keçirib və gələn həftə Nyu-Yorkda onunla yenidən görüşməyi planlaşdırır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31