Aİ ölkələri rusiyalı turistlərin ittifaq ərazisinə girişinin qadağan olunmasını tələb edir
19:36 DünyaAvropa İttifaqına (Aİ) üzv bəzi ölkələr Rusiyaya qarşı hazırlanan 19-cu sanksiyalar paketi çərçivəsində rusiyalı turistlərin Aİ ərazisinə daxil olmasına tam qadağa qoyulmasını təklif edirlər.
Olaylar xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, şengen vizası ilə Aİ ərazisində olan Rusiya diplomatlarının hərəkətlərinin məhdudlaşdırılması təşəbbüsü də gündəmdədir.
Qeyd edək ki, ötən həftə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiyaya qarşı növbəti - 19-cu sanksiyalar paketi üzərində işlərin başa çatmaq üzrə olduğunu bəyan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31