Məscidin yanına donuz başı atan rus həbs edildi
19:15 DünyaRusiya polisi məscidin yaxınlığına donuz başı atan şəxsi saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, Adıgeydə yerli təhlükəsizlik qüvvələri Taxtamukayski rayonunun Kozet kəndindəki məscidin yaxınlığında donuz başı atan şəxsi saxlayıb.
Şübhəli şəxs Anapa şəhərində yaşadığı ünvanda saxlanılaraq polis bölməsinə aparılıb. O, Adıgeydəki müvəqqəti saxlama təcridxanasına yerləşdirilib
Qeyd olunur ki, saxlanılan şəxs barəsində dindarların hisslərini təhqir etdiyinə görə cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31