Rubio İsraildən sonra Qətərə gedəcək - ÖZƏL

ABŞ dövlət katibi Marko Rubio İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra Qətərə səfər edəcək.

Olaylar xəbər verir ki, bu barədə Dövlət Departamentinin açıqlamasına istinadən "Associated Press" məlumat yayıb.

"ABŞ İsrail və Qətər kimi iki yaxın müttəfiqi arasında gərginliyi azaltmağa çalışır", - xəbərdə bildirilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Dohada HƏMAS-a qarşı hücumu "məntiqsiz" adlandırmışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31