Zaxarova: Polşa Belarusa qarşı aqressiv mövqe tutur - ÖZƏL

Son zamanlar Polşa Belarusa qarşı aqressiv və destruktiv mövqe sərgiləyir.

Olaylar xəbər verir ki,bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

"Varşava son dərəcə aqressiv, destruktiv mövqe tutur. Bu, sadəcə qəzəb deyil, birbaşa Belarusiyaya qarşı praktiki addımlarda özünü göstərir", - deyə onun sözlərini RİA Novosti sitat gətirir.

Diplomat daha əvvəl qeyd etmişdi ki, Polşa hakimiyyətinin Belarusla sərhədi bağlamaq qərarı Varşavanın beynəlxalq tərəfdaşlarına ciddi zərbə vuracaq. Onun sözlərinə görə, Polşanın bu addımları Avropada gələcək eskalasiyanı əsaslandırmağa yönəlib.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə vurğulamışdı ki, Qərbin qeyri-dost siyasəti artıq aqressivliyə çevrilir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31