Siyyarto: Enerji təhlükəsizliyi siyasətdən kənarda qalmalıdır - ÖZƏL

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto bildirib ki, dövlətlərin enerji təhlükəsizliyi siyasi təsirlərdən asılı olmamalıdır. Olaylar.az xəbər verir ki, o, bu fikri Vyana şəhərində keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 69-cu sessiyasında səsləndirib. Nazirin sözlərinə görə, enerji təchizatı fiziki bir məsələdir və onun siyasət, yaxud ideologiya ilə əlaqələndirilməsi yolverilməzdir: "Enerji təchizatı - fiziki təbiətli məsələdir. Burada nə siyasət, nə də ideologiya ola bilər. Sanksiyalar heç bir ölkənin enerji təhlükəsizliyini təhdid etməməlidir. Məhz bu mövqeyi Macarıstan Brüsseldə aparılan müzakirələrdə də müdafiə edir," - deyə Siyyarto vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31