Ərdoğan yola düşdü: mühüm görüş başlayır
14:28 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə yola düşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
"Türkiyə Prezidentini həyat yoldaşı Əminə Ərdoğan, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, Türkiyə Prezidentinin Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, həmçinin AK Partiya sədrinin müavini Halit Yerebakan müşayiət edirlər", - deyə bildirilib.
Məlumata görə, ölkə başçısı səfər çərçivəsində Doha şəhərində keçiriləcək Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31